Zaxarova: “Azərbaycanla əlaqələrimiz çox vacibdir” | VİDEO

   Zaxarova: “Azərbaycanla əlaqələrimiz çox vacibdir”    | VİDEO
  02 İyul 2025    Oxunub:740
Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətləri “son dərəcə vacibdir” və onu korlamaq istəyənlər nə etdikləri barədə yaxşı fikirləşməlidirlər.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib.

“Bundan, sadəcə, qazanc götürmək istəyənlər çoxdur, amma yanmaqdan özlərini qorusunlar. Çünki düşünürəm ki, bizim üçün, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünməlidirlər”, - Mariya Zaxarova vurğulayıb.

Moskva kənar qüvvələri ittiham edir | VİDEO
Yeri gəlmişkən, Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin dirketor müavini Dmitri Masyuk da iki ölkə arasında münasibətlərin pisləşməsini kənar qüvvələrin maraqları ilə əlaqələndirib.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa isə, “News.ru” nəşrinə müsahibəsində Moskvanın Azərbaycanla çoxlarının məhv etməyə çalışdığı dostluq münasibətlərini saxlamağın yollarını tapacağını vurğulayıb.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın güc strukturları əməkdaşları Yekaterinburqda azərbaycanlıların 10-dan çox mənzilində axtarış apararaq, 50-yə yaxın adamı saxlayıb. Bu zaman hüquq-mühafizə orqanlarının vəhşi və qanunsuz əməlləri nəticəsində saxlanılan Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. Azərbaycanda aparılan tibbi ekspertiza onların ölümlərinin döyülmə və mümkün işgəncələr nəticəsində baş verdiyini sübuta yetirib.

Hadisə ilə bağlı Azərbaycanın Baş Prokurorluğu cinayət işi açıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Azərbaycan   Rusiya   münasibətlər  



Xəbər lenti